Morfoloji-sintaktik konversiya.
II. Morfoloji-sintaktik konversiya.
“Morfoloji-sintaktik konversiya h ər hansı bir nitq hissəsinə mənsub sözün başqa bir nitq hiss əsinə keçərkən həmin nitq hissəsinə məxsus qrammatik kateqoriyaların şəkilçilərini də qəbul etməyi nəzərdə tutur”(3,68). Sözdüzəldici şəkilçilər vasitəsi ilə bir nitq hiss əsindən digərinə keçən sözlərdən istər Azərbaycan dili, istərsə də başqa dill ərin qrammatika kitablarında geniş bəhs olunmuşdur (5;6). Bu əsasən semantik- morfoloji konversiyaya aiddir.
Morfoloji-sintaktik c əhətdən konversiyaya uğrayan söz substantivləşmə zamanı hal, k əmiyyət mənsubiyyət və xəbərlik şəkilçilərini, eləcə də artikl və köməkçi hissəcik-
Modern Approaches in English Language and Literature 2 nd International Young Researcher’s Conference
l əri qəbul edir. Sifətlər aid olduğu sözün qarşısında heç bir formal əlamət daşımır. Hal- buki konversiyaya u ğramış, yəni isimləşmiş sifətlər hal, kəmiyyət, xəbərlik şəkilçiləri q əbul edir, eləcə də artikllərlə işlənir. Məsələn, 1) Yadın köhnəsi də dilin əzbəri, Ənənən çiynin ə niyə yük oldu?! (B.Vahabzadə); 2) O da insan kimi hiss edib duyur, Yax şını- yamanı üzd ən oxuyur(S.Vurğun). Burada substantivləşmiş yadın və yaxşı-yamanı sözl əri müvafiq olaraq yiyəlik və təsirlik halda işlənmişlər.
Yeri g əlmişkən qeyd edək ki, sifətlər kimi, feli-sifət və saylar da konversiyaya u ğradıqda müxtəlif hal şəkilçiləri qəbul edə bilər. Məsələn, 1)Yaz ilham deyəni, ürək dey əni; 2) Otuzdan adladıqca gündə otuz min kərə, Başımı yellədirəm hədər keçən illərə (B.Vahabzad ə).
Maraqlıdır ki, Azərbaycan dilində sıra sayı funksiyasında çıxış edən ilk, son və axır sözl əri də substantivləşərək hal şəkilçisi qəbul edir. Məsələn, Yüz illər ötsə də, unutmaz ür ək, Vətənin ilkini, andın ilkini (S.Vurğun).
Yeri g əlmişkən qeyd edək ki, ilk, son və axır sözlərinin hansı nitq hissəsinə aid olması ilə bağlı mübahisəli fikirlər mövcuddur. Belə ki, “Azərbaycan dilinin izahlı lü- ğəti”ndə ilk sözü sifət kimi təqdim və izah olunur. Lüğətdə yazılmışdır: “İlk. Sif. 1)
birinci, əvvəlinci, ən əvvəl olan, ən qabaq (son qarşılıqlı) - ilk uşaq, ilk təəssürat, il əsər...; 2) başlıca, əsas, ən vacib, ən mühüm. Elimin olsa da aslan ürəyi, Ehtiyatdır igidin ilk b əzəyi (A. Şaiq)(1).
Bu sözl ər semantik baxımdan da say, sıralanma mənasında çıxış edir və sintaktik mövqed ə təyin olur. Sayların cümlədə təyin funksiyası daşıması isə təbiidir.
Konversiya zamanı sifət, feli sifət və sayların mənsubiyyət kateqoriyasının mor- foloji göst əricisini qəbul etməsi də müşahidə olunur. Məsələn, Köhnəsinə çatmamış
t əzə arzular gəlir(B.Vahabzadə). Göründüyü kimi, substantivl əşmə zamanı sifət, feli-sifət və saylar əsasən III şəx-
sin t əkinin mənsubiyyət şəkilçisini qəbul edir. Az ərbaycan və digər türk dillərində təkdə olan sözlər cəm şəkilçisi qəbul etməklə
isiml əşə bilir. Məsələn, Sazında eybəcər səslər uyduran, Saxta xallar vuran cavanlar
da var (B.Vahabzad ə); Bir söyüd altına yığışdı qızlar, şairi görməyən o vəfasızlar (S. Vur ğun); Salon böyük, gələnlərin sayısa min-min, Divar boyu ayaq üstə duranlar da var (B.Vahabzad ə);
Uzaq, yaxın, ax şam, gündüz, səhər, gecə, sabah kimi zərfləri də kəmiyyət şəkilçisi q əbul edərək substantivləşir. Məsələn: Mən sahili olmayan dənizlər istəyirəm, axşam- ları olmayan gündüzlər istəyirəm (B.Vahabzadə).
N əticə etibarı ilə demək istərdik ki, morfoloji-sintaktik konversiya sintaktik konver- siyaya nisb ətən daha geniş yayılmışdır və burada konversiya dərəcəsi daha yüksəkdir.
ƏDƏBİYYAT
1. Azərbaycan dilinin izahlı lüğəti. II c., “Elm” nəşriyyatı, Bakı,1980 2. Adilov M., Cavadov Ə. Azərbaycan dilində substantivləşmə. Azərbaycan SSR EA Xəbərləri (ədəbiy-
yat, dil v ə incəsənət seriyası), 1966, № 2,
April 27, 2012 Qafqaz University, Baku, Azerbaijan
3. Axundov A. Azərbaycan dilində konversiya. “Azərbaycan dili və ədəbiyyatı tədrisi”, 1977, № 1. 4. Axundov A. Ümumi dilçilik. Bakı, 1988. 5. Cəfərov S. Azərbaycan dilində söz yaradıcılığı, Bakı, 1960; 6. Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya, Bakı, 1973 7. Məmmədov B. Müxtəlif sistemli dillərdə sifətlərin substantivləşməsinin səbəbləri haqqında. “Azər-
baycan m əktəbi”, 1970, №7. 8. Məmmədov B. Müxtəlif sistemli dillərdə feli-sifətlərin substantivləşməsi məsələsinə dair. “ADU-
nun elmi əsərləri” (dil və ədəbiyyat), 1971, №1. 9. Müasir Azərbaycan dili. “Elm”, II hissə, Bakı,1980
10. M.Hüseynzadə. Müasir Azərbaycan dili. Morfologiya. “Maarif” nəşriyyatı, Bakı,1973, 11. ..