Sintaktik konversiya
I. Sintaktik konversiya
“Sintaktik konversiya bütün nitq hiss ələrinə aid olub, hər hansı nitq hissəsinə daxil olan sözün heç bir d əyişikliyə uğramadan başqa nitq hissəsinin yerində işlənməsini n əzərdə tutur. Məsələn, Anıldı yaz günü, əridi soyuq” (S.Vurğun) cümləsində “soyuq” sif əti yalnız sintaktik cəhətdən təcrid olunaraq isim yerində işlənmişdir. “Bu evdən köç! Bu meyv ədən dad!”-cümləsində “köç” və “dad” isimləri sintaktik cəhətdən felləşmiş- dir”(3,68).
“Sintaktik c əhətdən konversiyanın 10-dan yuxarı müxtəlif modeli vardır. Bu növ konversiyanın ilk mərhələsi sayılır.”(4,146) Sintaktik konversiyanın aşağıdakı növlərindən bəhs etmək istərdik:
1. Substantivl əşmə. Substantivləşmənin səbəbini Azərbaycan dilçiləri prof.Musa Adilov v ə prof.Ə.Cavadov belə izah edirlər:“Əvvələn, dildə hər bir söz başqası ilə o q ədər qaynayıb-qarışır, birləşmə o qədər adi, işlək və mexaniki olur ki, bu sözlərdən biri (v ə ya bir neçəsi) asanlıqla ixtisar edilir. Digər tərəfdən, substantivləşən sözlər
daha çox insanların daxili və xarici əlamət və keyfiyyətlərini bildirdiyindən adətən belə birl əşmələrin ikinci tərəfləri çox ümumi mənalı - adam, şəxs, insan kimi sözlərdən iba- r ət olur ki, bunu söyləməyə o qədər ehtiyac qalmır. ... Substantivləşmə hər hansı bir
üslubla əlaqədar və ondan asılı deyildir”(2,52)
1. Odur bax! ... Şir kimi atılır suya, Sənin and içdiyin o gənc qəhrəman. (S.Vurğun) Yuxarıda göstərilən cümlələrdə sifətin müvafiq sintaktik mühitə düşərək isimləş-
mi şdir. Sifətlərin substantivləşməsi səbəblərini izah edərkən B.Məmmədov yazır: “Az ərbaycan dilində bəzən substantivləşmiş sifətdə bu morfoloji əlamətlərin heç biri- n ə təsadüf edilmir. Bu, əlbəttə, sifətin öz qrammatik mənasını dəyişməzdən əvvəl təyin etdiyi ismin morfoloji əlamətsiz işlənməsindən irəli gəlir. Buna görə də bu növ subs- tantivl əşmiş sifətlər təkdə, adlıq halda işlənir: O gündən ziyafət başlandı. Naxoş gəldi, sa ğaldı getdi. Çolaq gəldi, ayaqla getdi. Gənc yerindən sıçrayıb Ninninin dalınca getdi.” (7, 36-40)
Bel əliklə, sifətin substantivləşməsi müxtəlif dərəcədə olur: 1) sifət kimi, demək olar ki, i şlənməyən isimləşmiş sifətlər (ölü, diri, yağış və s.); 2) həm sifət, həm də isim kimi
i şlənən substantivləşmiş sifətlər(cavan, qoca, xəstə və s.); 3)yalnız mətn daxilində substantivl əşən sifətlər (yaxşı, pis, uzun və s.).
Sif ət kimi say da substantivləşir, cümlədə başqa nitq hissəsinə çevrilir: Beşincilər t əhsildə və idmanda yüksək göstəricilərinə görə fərqlənirdilər.
Daha çox rast g əlinən konversiya hadisələrindən biri də feli sifətin substantivləş- m əsidir. Məsələn: 1)Şirin bir xatirə tək qalacaqdır dünyada, Sevərək yaşayanlar, sevi- l ərək ölənlər. (S.Vurğun);
Qeyd ed ək ki, -an,- ən formantlı feli sifətlərin substantivləşməsinə daha tez-tez tə- sadüf edilir. B.M əmmədov haqlı olaraq göstərir ki, “substantivləşməni doğuran sə-
b əblərdən biri sözün qrammatik mənasının dəyişməsi və nəticədə yeni sözdə yeni anla-- yışın ifadəsi olsa da, sözə qənaətin, yığcamlığın da bu işdə az rolu yoxdur”(8, 67-72)
April 27, 2012 Qafqaz University, Baku, Azerbaijan
2. Adyektivl əşmə. Sintaktik konversiyanın geniş yayılmış növlərindən biri də ad- yektivl əşmə və ya sifətləşmədir. Azərbaycan dilində, eləcə də digər türk dillərində bu tipli konversiyaya tez-tez rast g əlinir. Məsələn: Tüstü çıxıb səs qoparmış daş hasarlı çalalardan... (S.Vur ğun).
İsimlərin digər isim qarşısında təyin kimi işlənməsi bütün türk dillərində, o cüm- l ədən tatar dilində adi hal kimi mövcuddur. Tatar dilçisi F.Qəniyev belə bir fikir yürüdür: “B əzən deyirlər ki, bu adyektivləşmiş isimlə əvvəlki isim formasında heç bir morfoloji
d əyişiklik baş vermir. Bu zahirən belə görünsə də, əslində dəyişiklik olur. Belə ki, bu sözl ər artıq əşyalıq vəzifəsi deyil, təyin vəzifəsini yerinə yetirir və bütün türk dillərin-
d əki sifətlərdə olduğu kimi, əşya qarşısında heç bir şəkilçi qəbul edə bilmirlər(11, 108- 113). Alimin bu fikri il ə razılaşmaq mümkündür. Çünki belə birləşmələrdəki sözlər zaman-zaman bir-biri il ə elə qaynayıb-qarışır ki, komponentlər tərkib daxilində daşla- şır, nəhayət, semantik dəyişikliyə uğrayaraq sabit söz birləşmələrinə çevrilir.
3. Adverbialla şma. Sintaktik konversiyadan danışarkən adverbiallaşmaya da xüsusi diqq ət yetirmək lazımdır. Çünki adverbiallaşma hadisəsi ilə bağlı mübahisəli məqam- lar kifay ət qədərdir. Məsələn, “Nə gözəl yaraşır Muğana ceyran!” (S.Vurğun) cümlə- sind ə gözəl sözü zərf yerində işlənmişdir. Yaxud tez-tez nümunə gətirilən “Yaxşı tələbə yax şı oxuyar” cümləsinə nəzər salaq. Bir sıra müəlliflər, o cümlədən prof. M.Hüseyn- zad ə buradakı yaxşı sözünü əşya bildirən söz qarşısında işlənərkən sifət, fel qarşısındakı mövqed ə isə zərf adlandırırlar (10,61). Bəzi dilçilərin fikrincə isə yaxşı sözü morfoloji
baxımdan, yəni nitq hissəsi kimi sifət, sintaktik vəzifəsinə görə zərflikdir. Tatar dilçisi F.Q əniyev göstərir ki, yaxşı sifəti fel qarşısında işlənərkən əlamətin əlamətini bildirir. Bu is ə zərfə aid xüsusiyyətdir. Alim bu tipli sözlərin sifət olub, zərflik funksiyasında
i şlənməsi ilə bağlı iddiaları qəbul etmir bu sözlərin tamamilə zərfləşdiyini göstərir. O bunu bel ə əsaslandırır: “1) bu sözlər əşyanın əlamətini deyil, hərəkətin və ya əlamətin əlamətini bildirir; 2) bu sözlər zərf kimi hal, kəmiyyət və mənsubiyyət baxımından də- yi şmir; 3) sintaktik funksiyalarına görə də zərf kimi tərzi-hərəkət zərfliyi vəzifəsini
da şıyır, zərfdə olduğu kimi yalnız fel, yaxud sifətin qarşısında işlənir. Belə sözlər maldov v ə ingilis dillərində “konversiyalaşmış sözlər” adlanır”(11, 112).
Do ğrudan da, əgər “Yaxşı bacarıqlı və işgüzar qızdır” cümləsindəki Yaxşı sözünü xüsusi isim sayırıqsa, “O yaxşı oxuyur” cümləsindəki yaxşı sözünü də zərf hesab etməyə
haqq verir. Çünki xüsusi isim olan Yax şı əslində sifətin semantik baxımdan konversi- yala şması, yəni bir nitq hissəsindən digərinə keçid alması nəticəsində meydana gəlmişdir.